Ölmüş şəxsin imzası saxtalaşdırılaraq adına olan mənzil satılıb

Ölmüş şəxsin imzası saxtalaşdırılaraq adına olan mənzil satılıb
11:57 19 Noyabr 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda ölmüş şəxsin imzasını saxtalaşdırmaqla mərhumun adına olan mənzilin satılması faktı qeydə alınıb.

Milli.Az DİN-ə istinadən bildirir ki, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən noyabrın 10-da şəhər sakini Ələddin Əhmədovun və Göygöl şəhər sakini Eldar Məhərrəmovun Yeni Gəncə qəsəbəsi ərazisində tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının sahibi, mərhum şəhər sakini Rövşən Rüstəmovun imzasını və möhürünü saxtalaşdırması, habelə saxta müqavilə əsasında həmyerlisi Elnarə Zeynalovaya həmin binadakı mənzillərdən birini 19000 manata satması müəyyən edilib.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/491025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR