İki əcnəbi jurnalist tutuldu - Hərbi obyektləri çəkirmişlər - FOTO

İki əcnəbi jurnalist tutuldu - Hərbi obyektləri çəkirmişlər - FOTO
13:12 19 Noyabr 2016
70 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Diyarbəkir şəhərində gecə saatlarında qaldıqları otelin ətrafında çəkiliş edən iki isveçli jurnalist polislər tərəfindən nəzarətə götürülüb.

Milli.Az sözcü-yə istinadən bildirir ki, televiziyada çalışan L.N.B. və R.A.S. adlı iki jurnalist hərbi obyektlərin olduğu ərazilərin fotosunu çəkirlərmiş. Polislərin şübhələndiyi jurnalistlər çəkilişi yarımçıq qoyub ərazidən uzaqlaşmaq istəsələr də, ələ keçiblər.

Jurnalistlər ifadələri alınmaq üçün təhlükəsizlik idarəsinə aparılıblar.

Təhməz Təkin
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491065.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR