"Güclü iqtisadiyyata gedən yol tualetdən keçir" - BMT baş katibi

"Güclü iqtisadiyyata gedən yol tualetdən keçir" - BMT baş katibi
15:05 19 Noyabr 2016
60 Dünya
Ölkə mətbuatı
A- A+

BMT baş katibi Pan Gi Mun Beynəlxalq tualet günündə maraqlı çıxış edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, baş katib bəyan edib ki, tualetlər güclü iqtisadiyyat yaratmaq üçün həlledici rol oynayır.

Pan Gi Mun gigiyena ilə əməyin məhsuldarlığı arasındakı əlaqədən bəhs edib. Onun sözlərinə görə, tualet çatışmazlıqları xəstəliklərə gətirib çıxarır: "İş yerindəki ölüm hallarının 17 faizi, məhz orada yoluxulan xəstəliklərdən baş verir.

Daha sonra baş katib öz mövqeyini əsaslandırmaq üçün misallar çəkib:

- Təmiz su və sanitar xidmət iqtisadi inkişafı tezləşdirə bilər. 
- Antisanitariyadan dəyən zərər hər il 260 milyard dollara başa gəlir. 
- Təmizliyə qoyulan hər 1 dollar 4 dollar gəlir gətirir.

Ümumdünya Tualet günü çoxlarında gülüş yaratsa da, BMT bu tarixə ciddi yanaşmağa çağırır. Belə ki, cari ildə azı 2,4 milyard insan tualet imkanlarından məhrumdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491090.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR