"İmtahandan yenə “2” aldıq" - Şahin Diniyev

"İmtahandan yenə “2” aldıq" -   Şahin Diniyev
20:37 19 Noyabr 2016
114 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə “Qarabağ”a uduzan (0:1) “Kəpəz”in baş məşqçisi Şahin Diniyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, Diniyev oyunla bağlı bunları deyib:


- Bu gün komandada ciddi itkilər var idi. Bizim kimi kiçik komandalarda 1 itki böyük rol oynayır. Ancaq bizdə 3 itki var idi. “Qarabağ”a qarşı baxımlı oyun nümayiş etdirmək istəyirdik. Oyunu əks hücumlar üzərində qurmuşduq. Ancaq ilk hissədə qol buraxdıq. Buna görə, 2-ci hissədə hücum etməli olduq. Bizim üçün fərqi yox idi, 0:1 və ya 0:2. Məhz 2-ci hissəyə görə komandama təşəkkür edirəm. Bir topumuz dirəkdən döndü. 3 əvəzetməni birdən etməyimə səbəb, topun meydandan çıxmaması idi. Arzu edirəm ki, “Qarabağ” “Slovan”la səfər oyunundan yaxşı nəticə ilə qayıdacaq. Həm “Qarabağ”, həm də “Qəbələ”nin uğurları Azərbaycan futbolunun uğurudu. Fikrimcə, bu gün “Qarabağ” layiqli qələbə qazandı.


- 3 əvəzetməni birdən etməyə məcbur olduğunu dediz. Futbolçulara topu çıxarmağı kim deməliydi - siz, yoxsa komandanın kapitanı?

- Burada səhv məndə idi. Futbolçulara əvəzetmə üçün topu çıxarmağı mən deməliydim. Ancaq bir qədər həyəcanlı olduğumdan demədim. “Qarabağ”a qarşı açıq futbol oynamaq olmaz. Bu komanda Avropa səviyyəli komandadı. Bu, bizim üçün imtahan idi, imtahandan yenə “2” aldıq.    


- Dario komandaya nə vaxt qoşulacaq?

- Dario Federiko çox həssas futbolçudu. Onun vəziyyətinin tam düzəlməsi üçün çox çalışmalıdı. Çalışır ki, zədəsi təkrarlanmasın.






Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmtahandan-yen-2-aldqquot-t54288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR