Azərbaycanda Sim-kart almış əcnəbilərin şəxsiyyəti müəyyənləşdirilir

Azərbaycanda Sim-kart almış əcnəbilərin şəxsiyyəti müəyyənləşdirilir
11:18 20 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycana gələrkən pasport nəzarətini keçmiş və yerli mobil operatorun Sim-kartını almış əcnəbilərin şəxsiyyəti onlayn rejimində müəyyənləşdirilir.

Bu barədə Trend-ə telekommunikasiya bazarında mənbə deyib.

Azərbaycan qanunvericiliyinə əsasən, ölkəyə gələn əcnəbilərin ilk 10 gün müddətində Dövlət Miqrasiya Xidmətində qeydiyyatı tələb olunmur.

Məhz bu səbəbdən ilk 10 gün ərzində ölkəyə gələn və Sim-kart almış əcnəbilərin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmurdu. Amma bundan sonra bu məlumatlar onlayn rejimində daxil olur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/176631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR