Sneyder: "Heç oyunçular da onları tanımırlar"

Sneyder: "Heç oyunçular da onları tanımırlar"
16:37 20 Noyabr 2016
86 İdman
Ölkə mətbuatı
A- A+

"Galatasary"ın futbolçusu Uesli Sneyder "Fenerbahçe" ilə oyundan öncə keçmiş klubu "İnter" barədə danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, holland futbolçu həmyerlisi Frank de Burun istefaya göndərilməsinə toxunub.

"Franka şans verilsəydi, uğur qazana bilərdi. Bu iş üçün düzgün adam idi. "Ajax"da və Hollandiya millisində özünü yaxşı tərəfdən göstərmişdi. Morattinin "İnter"dən getməsinə çox üzüldüm. Onun gedişi ilə "İnter"də hər şey bitdi. Futbolçulara ilham verəcək kimsə yoxdur. Klubun çinli sahibləri var. Oyunçular belə onları tanımırlar".

Sneyder Milan derbisi barədə fikirlərini də bildirib. "Türkiyədəki derbilər çox həssas oyunlardır. Milan derbisi isə başqa xarakterə malikdir. Mənim dövrümdə çempionluğa yol açan oyunlar idi. Derbini qazanan sonra çempion olurdu".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/491242.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR