Siyavuş Novruzov: “YAP Cənubi Qafqazda ən böyük siyasi qüvvədir”

Siyavuş Novruzov: “YAP Cənubi Qafqazda ən böyük siyasi qüvvədir”
10:28 21 Noyabr 2016
79 Ölkə
Ölkə mətbuatı
A- A+

"Yeni Azərbaycan Partiyası (YAP) nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqazda ən böyük siyasi qüvvədir”.

Bunu Publika.az-a açıqlamasında YAP-ın İcra Katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov partiyanın yaranmasının 24-ci ildönümü ilə bağlı danışarkən bildirib.

S.Novruzov deyib ki, YAP Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla yanaşı, ölkənin ictimai-siyasi həyatında da fəal rol oynayır:

“Ötən 24 ildə YAP çətin və şərəfli yol keçib. Hər bir cəmiyyətin, dövlətin, eləcə də, siyasi partiyanın gələcəyi, daha çox möhkəm təməllər üzərində qurulmasından asılıdır. Təbii ki, Yeni Azərbaycan Partiyasının təməli də möhkəm və əzəmətlidir. Gələcəyinin də əzəmətli olması üçün burada yüksək intellektli gəncliyin imkanlarından istifadə olunması da vacib şərtdir. Partiyanın yaradıcısı, Ulu öndər Heydər Əliyevin siyasi kursu bu gün onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti və inkişafı daha da sürətləndirərək, respublikamızın Avropada və o cümlədən, bütün dünyada tanınmasına nail olub. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının 24 illik fəaliyyətinə nəzər saldıqda, bu partiyanın yenilikçi və avanqard siyasi təşkilat olduğunu əminliklə söyləmək olar”.

S.Novruzov hazırda YAP-da gənclər siyasətinin uğurla aparıldığını vurğulayıb:

“YAP-ın sıralarında gənclərin böyük bir qüvvə kimi çıxış etməsi çox vacib göstəricidir. Sevindirici hal odur ki, yüksək intellektli, bilik və bacarıqlı gənclər, qadınlar Yeni Azərbaycan Partiyasının sıralarına qoşulurlar. Bütün bunlar partiyamızın gələcək uğurlarının göstəricisi kimi qiymətləndirilməlidir”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/176720.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR