"Report" xəbər verir ki, təltif olunanlar arasında Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov Sumu Vilayətində həyata keçirilən aqrar islahatların və aqro sənaye komplekslərinin inkişafındakı səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli dövlətə xidmət ordeninə layiq görülüb.
Prezidentin sərancamında qeyd olunub ki, Sumı vilayətində aqrar sektorun inkişafındakı səmərəli fəaliyyətinə görə Əfqan Fəqan oğlu Salmanov 3-cü dərəcəli dövlətə xidmət ordeni ilə təltif edilsin.
Qeyd edək ki ,1992-ci ildən Ukraynada yaşayan Əfqan Salmanov Sumı vilayətində aqrosənaye kompleksi yaradıb. O,Ukrayna Beynəlxalq Reytinq Akademiyasının Ali Şurasının qərarına əsasən 2010-cu idə Sumı Vilayəti, 2013-cü ildə isə Ukrayna üzrə "nüfuzlu aqrar işçisi-ilin adamı" nominasiyasına layiq görülüb. Ə.Salmanov 5-ci və 6-cı çağırış Sumı Vilayət Şurasının deputatı seçilib.
Əfqan Salmanov 2014-cü ildə prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu təyin olunub.