"Evdəkilər salam" verilişi müğənni Xatirə İslamın bağ evində qonaq olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcılığını Aytəkin Mərdanovanın etdiyi proqramda ifaçı ailəsindən danışıb.
O, qardaşının subay olduğunu bildirib:
"Qardaşım universitetdə oxuyur. Evini alacam, toyunu edəcəm, ulduzları məclisə çağıracam. Amma cehiz mənlik deyil. Gəlin gətirməlidir, ali savadlı oğlana qismət olur".
X.İslamın bağ evindən fotoları və videonu təqdim edirik.
Milli.Az