Rusiyanın 4 aviaşirkətinə Azərbaycana uçuşlar təşkil etmək icazəsi verilib

Rusiyanın 4 aviaşirkətinə Azərbaycana uçuşlar təşkil etmək icazəsi verilib
22:22 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi (“Rosaviatsiya”) “Nordavia” aviaşirkətinə bir sıra beynəlxalq istiqamətlər üzrə uçuşlar təşkil etmək icazəsi verib.
“Report” “Rosaviatsiya”ya istinadən xəbər verir ki, “Nordavia” Kipr, Slovakiya, Xorvatiya, Monteneqro və Belarusla yanaşı Azərbaycana (Lənkəran) da uçuşlar təşkil edəcək.
Sank-Peterburq-Lənkəran aviareysi həftədə üç dəfə həyata keçiriləcək.
Rusiya regionlarından Azərbaycana, həmçinin “Nordwind” (Mineralnıe Vodı - Bakı, həftədə 4 dəfə), “Nordstar” (Novosibirsk - Bakı, həftədə 1 dəfə), "Uralskie avialinii" şirkətlərinə də (İrkutsk - Bakı, həftədə 5 dəfə) uçuşlar təşkil etmək icazəsi verilib.
Bundan əlavə, “Yuteyr” aviaşirkəti Samaradan Bakıya və Sankt-Peterburqdan Lənkərana olan uçuş icazəsindən imtina edib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/rusiyanin-4-aviasirketine-azerbaycana-ucuslar-teskil-etmek-icazesi-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR