Yaponiyada zəlzələ 1,4 metr hündürlüyündə sunami yaradıb

Yaponiyada zəlzələ 1,4 metr hündürlüyündə sunami yaradıb
03:47 22 Noyabr 2016
126 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Yaponiyanın şərqində baş verən zəlzələ 1,4 metr hündürlüyündə sunami yaradıb.
“Report” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Məlumata görə, belə yüksək dalğa Miyaqi perfekturası sahilində yerləşən Senday limanı ərazisində müşahidə olunub.
Çərşənbə axşamı səhərə yaxın Yaponiyada 7,3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Tokioda da hiss olunub. Bəzi sahilyanı perfekturalarda sunami təhlükəsi səbəbindən əhali təxliyə edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yaponiyada-zelzele-1-4-metr-hundurluyunde-sunami-yaradib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR