Ərdoğan Türkiyə gəmilərinin bir daha Krıma girməyəcəyinə söz verib

Ərdoğan Türkiyə gəmilərinin bir daha Krıma girməyəcəyinə söz verib
07:42 22 Noyabr 2016
156 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Ali Radasının sədri Andrey Parubi ilə görüşüb.
“Report” xəbər verir ki, görüş zamanı onlar Türkiyə gəmilərinin qeyri-rəsmi şəkildə Sevastopol limanlarına daxil olması məsələsini müzakirə ediblər.
Ərdoğan qeyd edib ki, hətta Türkiyə gəmiləri Sevastopol limanlarına qeyri-rəsmi daxil olublarsa belə, o, gələcəkdə istənilən formatda bu cür halların təkrarlanmaması üçün göstəriş verəcək.
Parubiyanın sözlərinə görə, Türkiyə prezidenti, həmçinin Krım tatarlarına maddi və mənəvi dəstəyini ifadə edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR