Sumqayıtda intihar hadisəsi baş verib.
Bu barədə Sumqayıt şəhər Prokurorluğundan məlumat verilib.
Hadisə noyabrın 21-də şəhərdəki 23 saylı orta məktəbdə baş verib.
1965-ci il təvəllüdlü Cəfərov Rauf Əlisəf oğlu məktəbin həyətində
özünü idman qurğusundan asaraq intihar edib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin
125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi
başlanıb. (azvision.az)