Gələn il Dənizkənarı Bulvar İdarəsinə ayrılacaq vəsaitin məbləği açıqlanıb
Paylaş
·137 baxış·1 dəq oxu
Bakı. 22 noyabr. REPORT.AZ/ Gələn ilin dövlət büdcəsindən Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə 774 337 manat vəsait ayrılacaq. “Report” xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi" layihəsində bildirilib. Bu rəqəm 2016-cı ildə 423 978 manat olub. 2017-ci ildə ayrılacaq vəsait cari illə müqayisədə 350 359 manat çoxdur.