Nizami Kino Mərkəzində "Türk Filmləri Həftəsi-Bakı"nın açılış mərasimi olacaq

Nizami Kino Mərkəzində "Türk Filmləri Həftəsi-Bakı"nın açılış mərasimi olacaq
15:27 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Noyabrın 22-də Nizami Kino Mərkəzində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Baş Kino şöbəsinin, Türkiyənin Azərbaycandakı səfirliyinin, TİKA agentliyinin, Yunus Əmrə cəmiyyətinin təşkilatçılığı və Nizami Kino Mərkəzinin dəstəyi ilə "Türk Filimləri Həftəsi -Bakı"nın açılış mərasimi keçiriləcək.

Açılış mərasimində Türkiyə səfirliyinin və türk kinematoqrafiyasının nümayəndələri iştirak edəcəklər.

Açılış mərasiminin rəsmi hisssindən sonra "Kalandar Soğuğu" bədii filmi nümayiş olunacaq.

Xatırladaq ki, Film Həftəsi ərzində noyabrın 23-də saat 15:10 "Kalandar Soğuğu", 20:10 "Deliormanlı",noyabrın 24-də saat 15:00-da "Son Mektup",19:30-da "Birleşen Yollar", noyabrın 25-də saat 15:00-da "Birleşen Yollar", 19-30-da rejissor Ahmet Sönmezin "Elveda Katya" və noyabrın 26-da saat 15:00 rejissor Özhan Erenin " Son Mektup" bədii filmləri şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.

Nümayişlərə giriş sərbəstdir.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/491928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR