“Peşkalar”dan yapışan AFFA – qumarbazların əlbirləri kimlərdir?

“Peşkalar”dan yapışan AFFA –   qumarbazların əlbirləri kimlərdir?
16:17 22 Noyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+


İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatlara hüquqi qiymətlər verilib.

 

Komissiyanın qərarına əsasən, bu işdə şübhəli bilinən adları aşağıda göstərilmiş şəxslər araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılıb.  Bunlar 22 futbolçu, 1 klub rəsmisi və 1 hakimdir. 


Belə ki,  “Şahdağ”ın 5 futbolçusu  (Kamran Ağakərimov,  İqrar Səmədov, Tofiq Səfiyev, Mahiddin Ağamov ,Faik Ağarəhimov) və 1 inzibatçısı (Rafael Kübərov),       “Rəvan”ın 6 (Əkbər Əhmədov, Fərid Ağayev, Mirqasım Cabbarlı, Elvin Əliyev, Omid Masumi, Fərid Quliyev, Cəmşid Məhərrəmov), “Bakılı”nın 2 (Bəhram Bəhramzadə,  Xəzər Qəribov) , “Göyəzən”in 3  (Arzuman Vəliyev, Orxan Əsgərov, Tunar Şahtaxtinski),  “Energetik”in 3 (Elvin Əlizadə, Kamran Lalayev, Orxan Əlibalayev),  “Şərurspor”u  2 futbolçusu (Mehdi Rəsulov, Samir Musayev) və bir nəfər referi - Anar Niyazov “qara siyahı”ya düşüb.


 

Qeyd olunur ki,  komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq ediləcək.


Təbii ki, AFFA-nın oyun alqı-satqısını araşdırması, adlar açıqlaması müsbət haldır. Lakin AFFA-nın təqdim etdiyi siyahı absurddur. Federasiya yalnız “peşka”ların kimliyini açıqlayıb, böyük fiqurların adlarını çəkilməyib. Belə çıxır ki, federasiya rəsmilərinin buna ya cəsarətləri çatmır, ya da həmin şəxslərlə əlbirdirlər.


Futboldan az-çox başı çıxanlar bilir ki, oyun alqı-satqısı, qumara qoyulması 3-5 futbolçunun işi deyil. Bu məsələyə mütləq klub rəhbərliyi və məşqçilər korpusu qol qoymalıdır. Lakin biz AFFA-nın açıqladığı siyahıda belə adlara rast gəlmirik.


Bu cür ciddi məsələ ilə bağlı araşdırmaya başlayıb, 3-5 futbolçunun, top daşıyan inzibatçının və AFFA tərəfindən hakimlikdən kənarlaşdırılan, lakin sonra əfv edilən Niyazovun adını açıqlamaq gülüncüdür. Üstəlik, məsələn, Fərid Quliyev heç vaxt I divizionda çıxış edən “Rəvan”ın heyətində yer almay. O, yalnız Premyer Liqada yarışan "aslanlar"ın formasını geyinib. Bu, onu göstərirki, siyahı sifarişlidir və naşı şəxslər tərəfindən hazırlanıb.


Əgər federasiya həqiqətən bu məsələdə ciddidirsə, “peşka”lardan deyil, ciddi fiqurlardan yapışmalıdırlar. Təbii ki, federasiyada çalışan bəzi şəxslər onlarla əlbir deyillərlərsə...

 

Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-pekalardan-yapan-affa-t54356.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR