AFFA təhqiredici jest göstərən futbolçunu cəzalandırıb

AFFA təhqiredici jest göstərən futbolçunu cəzalandırıb
20:22 22 Noyabr 2016
113 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Bu il noyabrın 18-də Azərbaycan I divizionun XII turunun "Bakılı" - "Energetik" matçından sonra təhqiredici hərəkətə yol verən qonaqların futbolçusu Tural Məmmədov cəzalandırılıb.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İntizam Komitəsi futbolçuya 3 oyunluq cəza verib.
Bundan başqa, klub 160 manat cərimələnib. "Energetik"in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat ziyana düşüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR