Kukla Teatrında “Unudulmuş kukla” tamaşasının premyerası keçiriləcək

Kukla Teatrında “Unudulmuş kukla” tamaşasının premyerası keçiriləcək
17:57 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Unudulmuş kukla” adlı tamaşa nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşa alman publisist Stefan Sveyqin “Yad qadının məktubu” novellası əsasında hazırlanıb.
Böyük yaş qrupu tamaşaçılar və festivallar üçün nəzərdə tutulan tamaşanın ilk premyerası dekabrın 2-də keçiriləcək.
Səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədova olan tamaşanın əsas ideyası bir qadının cavabsız sevgisidir.
Tamaşada teatrın aparıcı aktrisaları Cəmilə Allahverdiyeva və Elmira Hüseynova rol alıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/kukla-teatrinda-unudulmus-kukla-tamasasinin-premyerasi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR