Dünyadan bixəbər amerikalı - Prezident kim oldu?

Dünyadan bixəbər amerikalı - Prezident kim oldu?
05:33 24 Noyabr 2016
122 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Corciya ştatına məxsus Brunsvik qəsəbəsində yaşayan Co Çandler noyabrın 8-də ölkəsində baş tutan prezident seçkilərinin nəticəsini bilmir və bilmək də istəmir.

Publika.az xəbər verir ki, seçkilərdə səs də vermis Co nəticədən xəbərsiz qalmaq üçün qeyri-adi varianta da əl atıb. O, küçədə qulaqcıqla gəzir və boynundan da “Kimin qazandığını bilmirəm və bilmək də istəmirəm. Lütfən mənə heç nə deməyin” yazılı lövhə asır.

Çandler həmçinin prezident seçkilərinin nəticələrini öyrənməmək üçün xəbər mənbələrindən uzaq durur. Eyni zamanda cib telefonunu da sönülü saxlayır.

Maraqlıdır ki, onun nə Trampdan, nə də Hillari Klintondan xoşu gəlir. Seçkilərdə kimə səs verdiyini də gizli saxlayır.

Pərviz Hikmət

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR