"Bu maşın tabutumuz ola bilər" demişdi, öldü - - FOTO

"Bu maşın tabutumuz ola bilər" demişdi, öldü - - FOTO
14:22 24 Noyabr 2016
70 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış sənətçisi Ələddin Us noyabrın 21-də ağır yol qəzası keçirərək dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, maşını qırmızı işıqda keçən yük maşınının altında qalan Ələddin ağır yaralanıb. O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını qurtarmaq mümkün olmayıb.

"Haberler.com" yazır ki, ötən gün sənətçinin vida mərasimi keçirilib. Mərasimdə onun yaxın dostu mərhum haqqında fikirlərini söyləyib. 

"Bizdən tanınmış jurnal üçün başlıq yazmağımızı xahiş etmişdilər. Tam dəqiq yadımdadır. Biz qəzetə yazmışdıq ki: "Bəlkə, israf edib yeni maşın ala bilərik, amma elə ölkədəyik ki, bu maşın bizim tabutumuz ola bilər". Yazı ikimizin də imzası ilə yayımlandı. Ələddinin maşını isə tabutu oldu".

Qeyd edək ki, İzmirdəki qəzada ölən sənətçinin 60 yaşı var idi.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/492561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR