Bakıda minik avtomobili yanıb.
Milli.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Ziya Bünyadov prospektində baş verib.
90 KU 667 dövlət nömrə nişanlı "Lexus" markalı avtomobil prospektdə hərəkətdə olarkən qəfil alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən briqadası gəlib. Avtomobil söndürülüb.
Hadisə Z.Bünyadov prospektində böyük tıxaca səbəb olub.
Milli.Az