Yunanıstanın qaçqın düşərgəsində yanğın olub, ana və iki övladı ölüb

Yunanıstanın qaçqın düşərgəsində yanğın olub, ana və iki övladı ölüb
05:42 25 Noyabr 2016
58 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Yunanıstanın Lesbos adasındakı Moria qaçqın və miqrantların yerləşdirilməsi mərkəzində yanğın zamanı ana və iki ölvadı dünyasını dəyişib.
"Report" xəbər verir ki, bu barədə "Skai" məlumat yayıb.
Telekanalın məlumatına görə, yanğına düşərgə çadırlarından birində qaz balonunun partlaması səbəb olub. Hadisə nəticəsində daha 7 nəfər yaralanıb, əraziyə polis və yanğınsöndürmə briqadası cəlb olunub.
Faktla bağlı araşdırma başlanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yunanistanin-qacqin-dusergesinde-yangin-olub-ana-ve-iki-ovladi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR