İSB-nin Himayəçilər Şurası yenidən formalaşdırılıb

İSB-nin Himayəçilər Şurası yenidən formalaşdırılıb
16:17 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasının (HŞ) tərkibi yenilənib. Qurumdan "Report"a daxil olan məlumata görə, “Paşa Sığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri Ülviyyə Cabbarova, “AXA MBask” Sığorta Şirkəti ASC-nin İH sədrinin birinci müavini Lana Gözəlova və “Atəşgah” Sığorta Şirkəti ASC-nin İH-nin sədri Tələt Səfərov HŞ-ya üzv seçilib.
Bundan başqa, Maliyyə Nazirliyinin Hüquq şöbəsinin müdiri Xalıq Rəhmanov HŞ-dan kənarlaşdırılıb. Onun, eləcə də adı çəkilən nazirliyin bu il, aprelin 6-da vəfat etmiş Vergi siyasəti və gəlirlər şöbəsinin sabiq müdiri Cəmil Əlizadənin yerinə Maliyyə Bazarlarına Nəzarət Palatasının 2 əməkdaşı HŞ-ya üzv seçilib. Bunlar Palataın Hüquq və İcraat Departamentinin Hüquqi Təminat İdarəsinin rəisi Nurlan Babayev və Strateji Xidmətlər Departamentinin Strateji Təhlil və Risklərin İdarəedilməsi İdarəsinin böyük analitiki Orxan İsmayılovdur.
HŞ-nın digər üzvləri isə İSB-nin icraçı direktoru Elxan oğlu Quliyev, daxili auditoru Aynur Bayramlıdır.
Xatırladaq ki, İSB 2011-ci ildə yaradılıb. Hazırda onun iştirakçısı olan sığorta şirkətlərinin sayı 16-dır. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/i-sb-nin-himayeciler-surasi-yeniden-formalasdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR