Türkiyənin Qaziantep şəhərində partlayış baş verib.
APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, hadisə yerinə polis və xilasedicilər cəlb olunub.
İnsidentin səbəbləri, dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.
Gaziantep Böyükşəhər Bələdiyyəsinin rəhbəri Fatma Şahin özünün “Tvitter” səhifəsində insidentlə əlaqədar rəsmi açıqlamanın veriləcəyini bildirib.