Ziyafət Əsgərov və Siyavuş Novruzov Türkiyəyə gedəcək

Ziyafət Əsgərov və Siyavuş Novruzov Türkiyəyə gedəcək
16:37 26 Noyabr 2016
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 noyabr. REPORT.AZ/ Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov noyabrın 28-dən 30-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaqlar.
Bu barədə “Report”a parlamentin mətbuat xidmətindən məlumat verilib. 
Milli Məclisdən bildirilib ki, Azərbaycan nümayəndə heyəti səfər zamanıQüds Uğrunda Parlamentarlar Liqasının Birinci İllik Konfransında iştirak edəcək. Toplantıda fələstinlilərin hüquqlarının dəstəklənməsində beynəlxalq təşkilatların rolu, Fələstin Qanunvericilik Şurasının üzləşdiyi çağırışlar, Qüdsdə vəziyyət və digər mövzularda müzakirələr aparılacaq.
Tədbirdə Fələstin barədə, habelə Türkiyədə bu ilin 15 iyul tarixində baş vermiş hadisələrə həsr olunan filmlər nümayiş etdiriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR