Prezident İlham Əliyev bir sıra dövlət başçılarını təbrik edib

Prezident İlham Əliyev bir sıra dövlət başçılarını təbrik edib
18:12 26 Noyabr 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Albaniya Respublikasının prezidenti Buyar Nişaniyə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab prezident,

Albaniya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

X X X 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Mavritaniya İslam Respublikasının prezidenti Məhəmməd uld Əbdüləzizə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab prezident,

Mavritaniya İslam Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mavritaniya xalqına sülh və firavanlıq arzulayıram".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR