Bakıda daha 2 avtobus marşrutunun xəttində dəyişiklik edildi - SXEM

Bakıda daha 2 avtobus marşrutunun xəttində dəyişiklik edildi - SXEM
10:52 28 Noyabr 2016
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtın marşrut şəbəkəsinin optimallaşdırılması işləri çərçivəsində Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 2 və 7 nömrəli müntəzəm şəhərdaxili marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a verilən məlumata görə, dəyişikliyə əsasən, 2 nömrəli marşrutun hərəkət trayektoriyası noyabrın 30-dan dəyişdirilərək Ziya Bünyadov prospekti 36 ünvanı, Daxili İşlər Nazirliyinin (DİN) Respublika Hospitalının qarşısına qədər qısaldılıb və son dayanacaq həmin ərazilər təyin edilib.

Dəyişiklikdən əvvəl isə 2 nömrəli marşrut xətti üzrə avtobusların son dayanacağı kimi Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişdiyi ərazi müəyyən edilmişdi. Lakin bu dayanacaqlar günün pik saatlarında həmin yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlığın yaranmasına səbəb olub. Məlum dəyişikliyin digər səbəbi isə sərnişin axınının vəziyyəti ilə bağlıdır. Belə ki, aparılan təhlillər nəticəsində son dayanacaq olaraq müəyyən edilən yeni ərazidə sərnişin axını daha çoxdur.

7 nömrəli marşrutun hərəkət trayektoriyası da 30 noyabr tarixindən dəyişdirilərək 9-cu mikrorayon Həmzə Babaşov - İlqar Cümşüdov küçəsi - Cavadxan küçəsi ilə, Abbas Mirzə Şərifzad küçəsi istiqamətində Nazim Hikmət küçəsi - Əbdürrəhimbəy Haqverdiyevə küçəsi, əks istiqamətdə Hüseyn Cavid prospekti - Həsən Məcidov küçəsi - Əhməd Cəmil - Əbdürrəhimbəy Haqverdiyev küçəsi olmaqla müəyyən edilib. Dəyişikliyə səbəb bəzi küçə və prospektlərdə hazırkı hərəkət trayektoriyası ilə yol hərəkəti qaydaları arasında uyğunsuzluğun olmasıdır.

Yusif Nəsirli
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/493684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR