“Report”un xəbərinə görə, bunu Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Cəfərov deyib.
O bildirib ki, hazırlanan qanun layihəsi Xocalı soyqrımını hüquqi müstəviyə çıxaracaq: “Layihədə beynəlxalq cinayət törədənlərin ikinci dövlətə və ya beynəlxalq tribunala verilməsi qeyd olunacaq".
N.Cəfərovun sözlərinə görə, qanun layihəsi 3 ay müddətində hazırlanacaq.