Lukaşenko Azərbaycana gəlir

Lukaşenko Azərbaycana gəlir
12:52 28 Noyabr 2016
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə yola düşüb.

Milli.Az xəbər verir ki, bu barədə Trend Belta agentliyinə istinadən məlumat verir.

Qeyd edək ki, səfərin proqramına əsasən, Azərbaycan və Belarus prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulur. Prezidentlər Belarus-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri, o cümlədən, ticari-iqtisadi əməkdaşlıq, birgə layihələr üzrə iş, investisiyalar, aqrar-sənaye kompleksi, idman sahələrində əməkdaşlıq məsələləri ilə bağlı müzakirə aparacaqlar.

Görüşlərin yekununda bir sıra beynəlxalq sənədlərin imzalanması gözlənilir.

A.Lukaşenkonun Baş nazir Artur Rasizadə ilə görüşü də planlaşdırılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR