“Kontrabas” Moldovadan diplom və mükafatla qayıdıb

“Kontrabas” Moldovadan diplom və mükafatla qayıdıb
15:47 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ “Kontrabas” tamaşası Moldovadan mükafatla qayıdıb. 
Gənc Tamaşaçılar Teatrından "Report"a verilən məlumata görə, “Kontrabas” paytaxt Kişinyov şəhərində keçirilən kiçik həcmli tamaşaların “MOLDFEST.RAMPA.RU” VIII Beynəlxalq Teatr Festival-laboratoriyasında Azərbaycanı təmsil edib.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan festivalda tamaşa noyabrın 24-də Moldova Dövlət Dram Teatrının səhnəsində nümayiş etdirilib. 
“MOST” Beynəlxalq Teatr Festivalının bədii rəhbəri Nina Mazurun rəhbəlik etdiyi ekspert qrupunda bir sıra görkəmli teatr tənqidçiləri, dramaturqlar və rejissorların iştirakı ilə tamaşalar barəsində müzakirələr aparılıb.
Müzakirələrdə “Kontrabas” ən uğurlu tamaşa kimi qiymətləndirilərək diplom və mükafata layiq görülüb.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR