“Report” SOCAR-a istinadən xəbər verir ki, Almaniyada olan layihə qalibləri “Uniper” şirkətinin Düsseldorf və Gelzenkirxen şəhərlərindəki ofislərinə, həmçinin Dattelndəki elektrik stansiyasına ekskursiya edərək, şirkətin enerji təchizatı sahəsindəki fəaliyyət sahələri ilə yaxından tanış olublar. Düsseldorfdakı baş ofisdə onlara SOCAR ilə əməkdaşlıq layihələri haqqında ətraflı məlumat verilib.
Gürcüstanda “SOCAR Energy Georgia”nın qonağı olan yay məktəbi məzunları şirkətin Tbilisi şəhərində yerləşən baş ofisinə, Rustavidəki “SOCAR Georgia Petroleum” Kompleksinə, Poti şəhərindəki Kulevi neft terminalına səfər edərək, SOCAR-ın Gürcüstandakı fəaliyyəti ilə yaxından tanış olublar.






