İş adamlarının diqqətinə: Bu sahə sizə yüz milyonlar qazandıracaq

İş adamlarının diqqətinə: Bu sahə sizə yüz milyonlar qazandıracaq
23:03 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Kosmetika Yunan dilindən "kosmetik" sozündən götürülüb, mənası "bəzənmək mədəniyyəti" deməkdir.

Bəzənmək mədəniyyətinin düzgün təbliği şərqlilərə məxsus olub. Çünki Qərbdə kişilər üzlərinə boya sürtüb düşməni qorxutmaq istəyirdilər. Şərqə gəlincə, Qədim Misirdə üzün boyanması geniş yayılmışdı. Misirli xanımlarla yanaşı, kişilər də kosmetik vasitələrdən yararlanırdılar. Bunların içərisində sürmə, kirşan hətta dırnaqlara çəkmək üçün boyalar da var idi. Günümüzdə kosmetika sənayesi böyük biznes sahəsinə çevrilib. Bu sektorda fəaliyyət göstərən iş adamlarının sərvəti hər növbəti ildə keçən ilə nisbətən artır. Bu gün dünya ətriyyat və kosmetika məhsulları bazarının həcmi 200 milyard dollar təşkil edir. Bunun təxminən 16 milyard dollarlıq hissəsini kişilər xərcləyir. Qadınlar isə yalnız üz kremlərinə il ərzində 25 milyard dollardan çox vəsait xərcləyirlər. Bu xərcləri ölkələr üzrə qruplaşdırsaq, ABŞ-da il ərzində qadınlar 27,6, kişilər isə 11,1 milyard dollar vəsaiti kosmetik məhsulların alınmasına sərf edir. Fransada qadınlar 10,2, kişilər 4.2, Yaponiyada qadınlar 19,8, kişilər 5,9 milyard dollarlıq kosmetika alır. Almaniyada qadınların kosmetikaya xərclədiyi vəsait 9,3, kişilərinki isə 3.9 milyard dolları ötür. Qlobal kosmetika məhsulları bazarının 12 faizi L'oreal şirkətinə məxsusdur.

Bəs Azərbaycanda bu sektor inkişaf edibmi? Yoxsa hələ də milyonlar ölkənin sərhəddindən kənara çıxır?

Rəsmi statistika nə deyir?

Xarici ticarətin statistikası kosmetika idxalının böyük paya sahib olduğunu göstərir. Belə ki, 2015-ci ilin yanvar-dekabr ayında ölkəyə 40326.01 min dollar dəyərində ətriyyat, kosmetika və tualet vasitələri idxal edilib. Həmin dövrdə ixracın dəyəri cəmi 180,1 min dollar olub. Göstərilən dövrdə ölkədə 344.69 ton (2134.79 min dollar dəyərində) ətir və tualet suyu, 10.94 ton (289.87 min dollar dəyərində) dodaqların makiyajı üçün vasitələr, 21.18 ton (406.91 min dollar) gözlərin makiyajı üçün vasitələr, 248.29 ton (253.04 min dollar dəyərində) manikür və pedikür vasitələri, 52.89 ton (287.94 min dollar) pudra, kompakt pudra daxil olmaqla, 2370.89 ton (6834.04 min dollar) makiyaj və dəriyə qulluq üçün digər kosmetik vasitələr, 4591.33 ton (7179.89 min dollar) şampunlar, 9.57 ton (5.03 min dollar) saçların burdurma və düzəldilməsi üçün vasitələr, 133.08 ton (115.23 min dollar) saç üçün laklar, 2281.41 ton (5187.7 min dollar) saçlar üçün losyon və digər vasitələr, 2.97 ton (10.34 min dollar) kosmetik və ya tualet vasitələrini çəkmək üçün yastıqlar və lopalar idxal edilib. Bu ticarət əməliyyatları əsasən Rumınya, Kanada, Serbiya, Rusiya, Ukrayna, Polşa, Gürcüstan və sairə ilə aparılıb. Göründüyü kimi ən xırda kosmetik vasitəyə qədər xaricdən alırıq.

Niyə?

Niyəsini biz də bilmədiyimizdən araşdırdıq. Məlum oldu ki, ölkədə kosmetika istehsalı üçün münbit təbii şərait var. Lakin bu günə qədər ölkədə yalnız iki kosmetika istehsalçısı yaranıb. Bunlardan biri Zaqatala şəhərində fəaliyyət göstərən “Gülşən” Səhmdar Cəmiyyətidir. Hansı ki hazırda müəssisədə istehsal çox aşağı səviyyədədir. 1979-cu ildə tikilən “Gülşən” Ətriyyat-Kosmetika fabriki xına və basma, 1982-ci ildən isə 6 növ odekolon, 5 növ ətir, 1 növ losyon istehsal edib. İkinci şirkət “Gazelli” şirkətidir. Şirkət təbii bioloji fəal komponentlər əsasında ətriyyat-kosmetik məhsulların buraxılışı ilə məşğul olur. “Gazelli” kosmetik məhsul istehsalı üçün müasir texniki bazaya, akkreditasiya olunmuş elmi-sınaq istehsalat laboratoriyasına malikdir. 17 ildir bazarda olan şirkət məhsullarını həm daxili, həm də xarici bazarlara satır. Amma fakt odur ki, bazarda dominantlıq sözügedən yerli istehsalçıların məhsullarında deyil, xarici mallardadır.

Kosmetika biznesi üçün nə tələb edilir?

Qeyd edək ki, ətriyyat-kosmetika sənayesi inkişaf etmiş ölkələrin əsas gəlir mənbələrindən biridir. Sual doğuran Azərbaucanda bu sənaye sahəsi üzrə istehsalçıların sayının artması üçün nələrin tələb olunmasıdır?

Sahə üzrə ekspertlər deyir ki, müasir dövrdə insanların sürətli inkişaf tempi və stressli həyatları kosmetika sahəsinin əhəmiyyətini artırır. Ətriyyat sənayesinin inkişafı üçün ölkədə bu sahə istiqamətli gülçülük olmalıdır. Xüsusilə, gül yağının alındığı lavanda adlanan yarımkol bitkisinin becərilməsi məqsədəuyğundur. Ətriyyat və kosmetika sənayesində fəaliyyət göstərəcək müəssisədə bu sahədə ən son texnologiyaların tətbiq edilməsi tələb olunur.

Məlum olur ki, kosmetik məhsullarda əsas xərc xammal, qablaşdırma və reklam xərcləridir. Bu sahədə reklama böyük vəsait lazımdır. Reklamın planlaşdırılması üçün isə peşəkar kadrlar tələb edilir. Ölkəmizdə ətriyyat və kosmetika reklamı üzrə kadrların tam yetişməməsi bu sahəyə sərmayə qoymağa marağı azaldan səbəblərdən biridir. Xammal, qablaşdırma məhsullarının təchizatı üzrə də xaricdən asılılıq mövcud olacaqdır və bu da təbii ki, xərcləri artıracaq.

Nəzərə alsaq ki, ölkəmizin təbiəti çox zəngindir və burada 11 iqlim qurşağından 9-u yerləşir, bu imkanlardan istifadə etməmək günah olar. Bura bitki zənginliyini, palçıq vulkanlarını, Naftalan neftini və s. əlavə etmək mümkündür. Yəni Azərbaycanda iş adamları bir gün kosmetika məhsulları istehsalına başlamaq istəsələr, xammal üçün uzağa getməyə məcbur olmayacaqlar.

Sonda onu da bildirək ki, bu ilin 7 ayında əhalinin xərclərində kosmetika məmulatı və tualet ləvazimatlarına ayrılan vəsait 3,6 dəfə artırılaraq 384 milyon manata çatdırılıb. 2015-ci ilin 9 ayı ərzində kosmetik və tualet ləvazimatların alışı üçün 296,6 milyon manat pul xərclənib. Pərakəndə ticarət şəbəkələrində əhaliyə müvafiq olaraq 333,3 milyon manatlıq kosmetik məmulatlar satılıb. Bu da çox ciddi rəqəmdir.

Leyla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Malidə güclü partlayış

24 Sentyabr 2017 17:46

İraqda 42 nəfər edam edildi

24 Sentyabr 2017 17:44

Prezident İlham Əliyev: “Gələn ilin büdcəsi daha böyük olmalıdır”

24 Sentyabr 2017 17:39

"Beşiktaş"ın baş məşqçisi cəzalandırılacaq

24 Sentyabr 2017 17:38

Bill Qeyts yaxın 10 ildə insanlığı gözləyən təhlükələri AÇIQLADI

24 Sentyabr 2017 17:34

Xırdalanda itkin düşən 13 yaşlı məktəbli haqda

24 Sentyabr 2017 17:31

Nazirlikdə işə düzəlmək üçün 12500 manat verdi, aldadıldı

24 Sentyabr 2017 17:29

Mey istefa verəcək - Şok iddia

24 Sentyabr 2017 17:23

Biləsuvarda pambıq tayası yandı

24 Sentyabr 2017 17:22

Prezident: “Əsas məqsədimiz idxaldan asılılığı azaltmaqdır”

24 Sentyabr 2017 17:19

Türk ordusundan əməliyyat: PKK sığınacaqları məhv edildi

24 Sentyabr 2017 17:13

İrandan Kürdüstan rəhbərliyinə daha bir zərbə

24 Sentyabr 2017 17:13

"Real"ın ulduzu qəzaya düşdü - FOTO

24 Sentyabr 2017 17:07

Bu qidalar asılılıq yaradır

24 Sentyabr 2017 17:02

Xəstəliyə yoluxmuş meyvələri Azərbaycandan Rusiyaya keçirmək istədilər

24 Sentyabr 2017 16:58

Salyan şəhərində 2 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib

24 Sentyabr 2017 16:57

Salyanda Bayraq Muzeyi açılıb

24 Sentyabr 2017 16:52

Prezident Salyanın Xıdırlı kəndində dəniz suyunun duzsuzlaşdırılması kompleksinin fəaliyyəti ilə tanış olub

24 Sentyabr 2017 16:52

Neftçalada evin çardağına yığılmış 1200 ədəd ot bağlaması yanıb

24 Sentyabr 2017 16:52

"Tezliklə bütün rayonlarda sənaye zonaları yaradılacaq"

24 Sentyabr 2017 16:47

Məşhur filmlərin pərdə arxası görüntüləri

24 Sentyabr 2017 16:42

Prezident: "Qəbul etdiyimiz bütün qərarlar həyatda qısa müddət ərzində və yüksək səviyyədə öz əksini tapır"

24 Sentyabr 2017 16:33

Azərbaycan Prezidenti: Tezliklə bütün rayonlarda sənaye zonaları yaradılacaq

24 Sentyabr 2017 16:33

İnstaqramın məşhur əfqan qızı: Əsəbi zəif olanlar baxmasın - FOTOLAR

24 Sentyabr 2017 16:33

İsveçrədə dağ havasını satırlar

24 Sentyabr 2017 16:28

Parisdə məşhur model Kristian Diorun yaradıcılığının 70 illiyi qeyd olunub

24 Sentyabr 2017 16:27

ABŞ-ın buna haqqı yoxdur - Ərdoğan qəzəbləndi

24 Sentyabr 2017 16:18

İlham Əliyev: "Azərbaycanda sənayeləşmə siyasəti uğurla aparılır"

24 Sentyabr 2017 16:17

Gəlini öpmək istəyən bəyə gözlənilməz etiraz

24 Sentyabr 2017 16:12

3 yaşlı körpəni "ölüm yuxusu"ndan bu mahnı oyatdı - FOTO/VİDEO

24 Sentyabr 2017 16:08

Kabildə güclü partlayış olub

24 Sentyabr 2017 15:59

Azərbaycan futbolunda rekord

24 Sentyabr 2017 15:59

"AVRO-2017": Azərbaycanın Polşa sınağı - YENİLƏNİR

24 Sentyabr 2017 15:57

İmişlidə iki avtomobil toqquşub

24 Sentyabr 2017 15:54

Dünya Bodibildinq Federasiyasının rəhbəri rinqdə döyüşdən sonra öldü

24 Sentyabr 2017 15:53

Səfirlikdə çalışmış azərbaycanlı icra başçısı ola bilər - GÜRCÜSTANDA

24 Sentyabr 2017 15:49

Qaxda 3 gün əvvəl itkin düşmüş qadın tapıldı

24 Sentyabr 2017 15:48

ABŞ-dan gizli kəşfiyyat raketi

24 Sentyabr 2017 15:43

Dünyanın ən qeyri-adi heykəlləri

24 Sentyabr 2017 15:40

Prezident Salyana səfər edib - YENİLƏNİB

24 Sentyabr 2017 15:29

Terrorda günahlandırılan 42 nəfər edam edilib

24 Sentyabr 2017 15:29

ŞOK OLAY: Müdir xanım işçilərinə elə şey təklif etdi ki... - VİDEO

24 Sentyabr 2017 15:28

Qaxda 3 gün əvvəl itkin düşmüş qadın tapılıb

24 Sentyabr 2017 15:27

Yerkökünün möcüzəvi faydaları

24 Sentyabr 2017 15:19

Bakı-Qazax yolunda vurulan piyada xəstəxanada öldü

24 Sentyabr 2017 15:14

Qadın özünün sürdüyü avtomobilin altında qaldı... - VİDEO

24 Sentyabr 2017 15:13

Zurab Alavidze: “Barjomi rayonu ərazisindəki yanğın praktiki olaraq lokallaşdırılıb”

24 Sentyabr 2017 15:12

Azərbaycan Prezidenti Salyanda Bayraq Muzeyinin açılışında iştirak edib

24 Sentyabr 2017 15:08

"Qəbələ" "Neftçi"yə qarşı - YENİLƏNİR

24 Sentyabr 2017 15:07

Azərbaycan futbolunda rekord: bütün biletlər satıldı - MÜRACİƏT

24 Sentyabr 2017 15:07