Vaxtımıza rəhbərlik etməyi bacarmalıyıq

Vaxtımıza rəhbərlik etməyi bacarmalıyıq
08:57 29 Noyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Vaxt həmişə qaçmaqdadır və biz insanlar onun sürətinə çata bilmirik. Bəzən də bundan gileylənir və işlərimizi çatdıra bilməməyimizə görə heyfislənirik. Bəzən elə olur ki, bir hadisənin baş verməsini gözləyirik, lakin baş vermir. Ancaq anidən bu hadisə baş verəndə, bizi hazırlıqsız yaxalayır. Bəs bu, niyə belədir? (Tebyan)

Bu sualın cavabı budur ki, biz vaxtımıza rəhbərlik edə bilmirik, yəni onu tənzim edə bilmirik. Əgər bir insan vaxtını tənzimləyə bilsə həyatda çox şey əldə edə bilər. Xüsusilə də əgər bu hədəf və məqsədlər İlahi olarsa.
Məsum İmamlarımız (ə) həmişə bu nöqtəyə təkid edərdilər ki, ömür qısadır və ondan ən yaxşı şəkildə bəhrələnmək lazımdır. Belə ki, İmam Əli (ə) buyurur: "Sizin ömrünüzün bütün müddəti hal-hazırda qərar tutduğunuz an kimidir". Ona görə də bu qısa həyatımızı yaxşı işlər görməyə sərf edək.
Milli.Az deyerler.org-a istinadən bildirir ki,  İmam Əli (ə) başqa yerdə buyurur: "Sabah bu günə nisbətdə çox yaxındır, saatlar və günlər necə də tez keçir. Günlər necə də tələsik ötüb-keçir. Aylar necə də iti addımlıdırlar". Yəni, insandan keçən hər gün ömrünü qısaldar və yeni gün başlayan zaman insan ölümə bir addım yaxınlaşar.
İslam dininin nəzərinə görə o şey ki, insanı Allaha yaxınlaşdırar: iman, saleh əməl, Allah bəndəliyi, gözəl əxlaq və bu kimi - insanın həmin vaxtını dəyərli etmişdir. İmam Əlinin (ə) buyurduğu kimi desək, onun səadət mehriyyəsi olar. O kəsə qibtə aparmaq lazımdır ki, ömrünü iman və bilik əldə etmək üçün sərf etmişdir. Beləsi Allah bəndəsi olmuş və gözəl əxlaq kəsb etmişdir. Öz ömür vaxtından gözəl şəkildə faydalanmışdır. Əks halda zərər çəkənlərdən olardı. Ona görə də hələ ki, fürsət var, yaxşı işlər üçün hərəkət edək və əcəlin çatmasından əvvəl özümüzü bu yaxşı əməllərlə sığortalıyaq.
Dünyanın müddəti o qədər qısadır ki, Qiyamət günü bəndələr mühasibə üçün gətirilən zaman qısa ömrünü nəyə xərclədiyi sualı verilər.
İmam Əli (ə) buyurur ki, hər birimiz bu dünyaya gəlmiş müsafirlərik və gün gələcək, yükümüzü toplayıb başqa bir yerə köçəcəyik. Ona görə də bu uzun yol üçün azuqə toplamağı məsləhət bilir və hər keçən gündən bəhrələnməyi tövsiyə edir.
Həqiqətən dünya hər birimizə arxa çevirmişdir və bizimlə sağollaşar. Lakin axirət həmişə bizə üz çevirmiş və bizim intizarımızdadır. Çünki biz axirət üçün yaradılmışıq və orada əbədi olaraq qalacağıq. Bu gün əgər əziyyət çəkiriksə, sabah orada onun məhsulunu yeyəcəyik. İmam (ə) buyurur ki, sizin hər bir gününüz bir yarpağa bənzəyir və gün keçən zaman həyat ağacınızdan bir yarpaq düşər. O kəs ki, gününü bərəkətli keçirər, axirətini abad edər. O kəs ki, yersiz və boş işlərlə onu tələf edər, cəhənnəmə namizəd olar.
İmam (ə) buyurur ki, o kəslər ki, vaxtından ən yaxşı şəkildə istifadə edə bilir, o, aqil insandır. İmam Əli (ə) buyurur: "Allahdan aqillər kimi qorxun ki, ürəkləri ancaq təfəkkürlə məşğul olar. Bu dünyanın keçidlərindən yaxşı ad qoyaraq keçər və o biri dünyanın azuqəsini qabaqcadan göndərər. Əldə etdiyi fürsətlərə tərəf tələsər, olmalıları istəyər və olmayanlardan qorxar. Bu gün sabahın gözətçisidir".
Ona görə də bu qısa ömrümüzü boş yerlərə xərcləməyək və fürsətlərdən bəhrələnək.

Mill.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR