Xəzərdəki neft-qaz yataqlarında ekoloji parametrlərin dəyişilməsi dinamikası müzakirə olunub

Xəzərdəki neft-qaz yataqlarında ekoloji parametrlərin dəyişilməsi dinamikası müzakirə olunub
12:42 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ekogiya İdarəsinin Ekoloji monitorinq Departamentində N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin “Bulla Dəniz” və “8 Mart” yataqlarında son 5 ildə ekoloji parametrlərin dəyişilməsi dinamikası haqqında təqdimat keçirilib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, departamentin mütəxəssisləri əvvəlcə “Bulla Dəniz” və “8 Mart” yataqlarında monitorinqlərin keçirilmə metodikası barədə məlumat verib, yataqların ərazisində dəniz suyunda oksigenin miqdarı, temperatur, duzluluq, elektrik keçiriciliyinin göstəricilərinin tədqiq olunan ərazi üçün səciyyəvi olduğu qeyd edilib. Dəniz suyunda neft karbohidrogenlərinin, fenolların, metal ionlarının, biogen elementlərin kimyəvi parametrləri illər ərzində dəyişib. 
Bildirilib ki, neft və neft məhsulları dənizin canlı orqanizmlərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bununla əlaqədar olaraq dənizin müxtəlif rayonlarında əmələ gələn şəraitin təhlili məqsədilə dib faunasının çoxillik dəyişməsinin təfərrüatlı tədqiqi mühüm əhəmiyyət kəsb edir. Ötən illər ərzində “Bulla Dəniz” və “8 Mart” yataqlarında ümumilikdə Xəzər üzrə dib faunası miqdarının və biokütləsinin birgə artımı müşahidə olunur. Sonda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb, nəticələr müzakirə edilib. 
Müzakirələrin sonunda Ekologiya İdarəsinin rəisi Azər Əliyev çıxış edərək irad və təkliflərini bildirib, bu istiqamətdə elmi əsaslarla işlərin davam etdirilməsini tapşırıb.                               



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR