İtaliyanın “L’opinione” qəzetində “Bakutel” haqqında məqalə dərc olunub

İtaliyanın “L’opinione” qəzetində “Bakutel” haqqında məqalə dərc olunub
04:42 30 Noyabr 2016
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ İtaliyanın “L’opinione” qəzetində jurnalist Domeniko Letisiyanın müəllifi olduğu “Yüksək texnologiyalar dünyası Bakıda görüşür” (“Il mondo dell’hi-tech si incontra a Baku”) adlı məqalə dərc olunub.
"Report" xəbər verir ki, məqalə “Bakutel–2016” XXII beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransına həsr edilib.
Bu tədbirin müxtəlif sərgi, konfrans və görüşlərdən ibarət olduğunu bildirən jurnalist onu Qafqazın bu sektorda ən iri miqyaslı sərgisi adlandırır. D.Letisiya tədbirin telekommunikasiya sahəsində aparıcı şirkətlərin öz məhsul və xidmətlərini təqdim etməsi üçün şərait yaratmaqla yanaşı, yeni fikir və təcrübə bölüşməsi üçün bir platforma olduğunu bildirir. Jurnalist tədbirə Azərbaycan, Türkiyə, İsrail, İtaliya da daxil olmaqla bir sıra Avropa dövlətlərindən ümumilikdə 200-dən çox şirkətin qatıldığını qeyd edir.
Məqalədə Azərbaycan hökumətinin rabitə və yüksək texnologiyalar sahəsinə ayırdığı diqqət və qayğı barədə danışılır.
Habelə İtaliya-Azərbaycan ticarət palatasının rabitə və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən italyan şirkət və təşkilatlarının bu tədbirdə iştirak etməyə təşviq etmişdir. “Bakutel”-in aidiyyəti sahədə çalışan yerli şirkətlərin öz məhsullarını xarici bazarlara çıxartmaq üçün şəraitin yaratdığı da qeyd edilir.
Jurnalistin fikrinə əsasən "Bakutel 2016"-nın təqdim etdiyi yeni layihələr arasında, görmək qabiliyyətini itirmiş uşaqlar üçün audio kitabxana və muzey materialların rəqəmsal saxlanılması layihələri xüsusi maraq doğurur. Məqalədə, həmçinin Azərbaycanda təşkil olunan çoxsaylı beynəlxalq sərgilərin Azərbaycan hökuməti ilə yanaşı BMT, Dünya Turizm Təşkilatı, Beynəlxalq Telekommunikasiya Birliyi kimi təşkilatlar tərəfindən də yaxından dəstəkləndiyi vurğulanır.

Xəbərin orijinal ünvanı: https://report.az/media/i-taliyanin-l-opinione-qezetinde-bakutel-haqqinda-meqale-derc-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR