Uzun müddətdir Türkiyədə yaşayan müğənni Aygün Miyak İsmayılovanın ailəsinə ağır itki üz verib.
Axşam.az-ın məlumatına görə, sənətçinin nənəsi dünyasını dəyişib.
Bu haqda Aygün özü xəbər verib. O: "Bu gün atamın anası dünyasını dəyişdi. Yaşlı idi, amma yenə də nənəmdir. Ailədən bir böyük də getdi", - deyə bildirib.
Qeyd edək ki, A.İsmayılova ailə qurduqdan sonra İstanbula köçüb. O, bir neçə müddət əvvəl "O səs Türkiyə" yarışına qatılmışdı. Aygün eyni zamanda bir çox mahnıların sözlərinin müəllifidir.
Milli.Az