Hollandiyada çarşab yasaqlanır - FOTO

Hollandiyada çarşab yasaqlanır - FOTO
13:47 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Hollandiya parlamenti ictimai yerlərdə üzü bağlayan paltarlarda olmağı yasaqlayan qanun qəbul edib.

Milli.Az European-a istinadən bildirir ki, qanunun şərtlərinə görə, çarşab, burka ilə ictimai nəqliyyatda, təhsil və tibb müəssisələrində, habelə dövlət qurumlarında peyda olmaq yasaqdır.

Yasağı pozanları böyük məbləğdə cərimə gözləyir.

Hollandiya parlamentinin yuxarı palatası qanunu təsdiqləyəndən sonra o, qüvvəyə minəcək.

Hollandiyadakı ifrat sağçı Azadlıq Partiyasının lideri Gert Vilders qanunu "doğru istiqamətdə atılmış addım" adlandırıb.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/494331.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR