İranda "quş qripi" yayıldı

İranda "quş qripi" yayıldı
14:05 30 Noyabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

"İranın paytaxtı Tehranın Malard bölgəsindəki 4 quşçuluq təsərrüfatında ev quşları arasında "quş qripi" xəstəliyi aşkarlanıb".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu İranın Baytarlıq Təşkilatı açıqlayıb. Qeyd olunan 4 quşçuluq təsərrüfatında 513 mindən çox toyuq məhv edilib. 
 
İran Baytarlıq Təşkilatı elan edib ki, bu xəstəlik qonşu ölkələr - Ermənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və İraqda da yayılıb, lakin bu ölkələr Dünya Səhiyyə Təşkilatına hesabat verməyiblər. 
 
Malard bölgəsinə yaxın Əlborz əyalətində qabaqlayıcı tədbirlər həyata keçirilir. Rəsmi şəxslər insanları diri quşları almaqdan çəkinməyə çağırıb.  Əyalətdə 100-dən çox diri quş satılan obyekt bağlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR