Şəmkirlilər "Şəmkir"i ziyana saldılar

Şəmkirlilər "Şəmkir"i ziyana saldılar
15:17 30 Noyabr 2016
65 İdman
Ölkə mətbuatı
A- A+

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının və  I divizionda XIII turun oyunları ilə bağlı qərarlar qəbul olunub.

 

Fanat.Az xəbər verir ki, əvəzedicilərin çempionatının AZAL - “Sumqayıt” matçında  qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimələnib. Oyunun 61-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Elşad Manafov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.

 

I divizionun “Ağsu” - “Şəmkir” matçının 80-cı dəqiqəsində qonaq komandanın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunub.


“Qaradağ Lökbatan” - “Turan Tovuz” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mkirlilr-quotmkirquoti-ziyana-saldlar-t54587.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR