Salyan rayonunda oğurluq olub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 19-na keçən gecə Salyan rayonunun Yolüstü kəndində kənd sakini Cavid Hüseynova məxsus mağazadan qapının qıfılını sındırmaq yolu ilə 700 manat pul oğurlanıb.
Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi Bayram Kərimzadə tutulub.