“Türkiyə ilə viza rejimi ilə bağlı konkret addımlar atılacaq" - Lavrov

“Türkiyə ilə viza rejimi ilə bağlı konkret addımlar atılacaq" - Lavrov
14:09 1 Dekabr 2016
51 Digər
Ölkə mətbuatı
A- A+

“Sanksiyaların ləğvi məsələsində mərhələ-mərhələ irəliləyirik. Hazırda münasibətlərin inkişafı üçün heç bir əngəl yoxdur”.

 

APA-nın xəbərinə görə, bu sözləri Antalyada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Rusiyanın Türkiyədən idxal olunan məhsullarla bağlı tələbi həmin məhsulların sağlamlıq standartlarına uyğun olmasıdır: “Türkiyənin səlahiyyətli şəxslərindən istehsalçılarla bu barədə iş aparmalarını istədik. Qida məhsulları standartlara uyğun olmalıdır”.  

 

Rusiyanın Türkiyəyə tətbiq etdiyi viza rejimi ilə bağlı məsələyə toxunan S. Lavrov qeyd edib ki, viza rejiminin ləğvi üçün təhlükəsizliklə bağlı bəzi məsələlərin həlli lazımdır: “Konsulluqlar vasitəsilə iş davam edir. Əminəm ki, yaxın vaxtlarda konkret addımlar atılacaq. Xarici ticarət həcmi də artacaq. Xarici ticarət dövriyyəsinin azalması təkcə sanksiyalarla əlaqəli deyil, həm də xammalın qiymətinin düşməsi ilə əlaqədardır”.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261149

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR