Ukraynada diaspor təşkilatlarının onlayn mərkəzi yaradılır

Ukraynada diaspor təşkilatlarının onlayn mərkəzi yaradılır
18:37 1 Dekabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Ukraynada diaspor təşkilatlarının onlayn mərkəzi yaradılır. 
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporundan (UABD) "Report"a verilən məlumata görə, onlayn mərkəz Kiyevdə yeni yaradılmış Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi (DABKM) tərəfindən yaradılır və Kiyevdə azərbaycanlılar tərəfindən dünyadakı etnik xalqlara məxsus diaspor təşkilatlarını özündə birləşdirməyi hədəf seçib.
UABD-nun sədri və DABKM-nin rəhbəri Hikmət Cavadov bildirib ki, dünyadakı bütün təşkilatlara bu sistemə qoşulmaq üçün müraciət edilir: “Onlayn mərkəzin yaradılmasında məqsəd dünyadakı bütün diaspor təşkilatları arasında fikir və layihə mübadiləsinin intensivləşdirilmək, birgə səmərəli layihələrə imza atmaqdır. Mərkəzin funksiyası canlı yayım ilə birgə konfransların keçirilməsi, layihələrin onlayn müzakirəsi, eyni zamanda birgə qərarların daha çevik verilməsindən ibarət olacaq. Bununla bağlı dünyada Azərbaycanın və digər türkdilli xalqların, hətta qoşulmaq arzusu olan digər dost xalqların təşkilatlarının fəal olduğu ölkələrdə görüşlərin keçirilməsi də planlaşdırılır. Əsasən Amerika və Avropa ölkələrindəki təşkilatlar bu məsələdə fəaldır. Onlayn mərkəzin qapısı bütün təşkilatların üzünə açıq olacaq”.

Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/ukraynada-diaspor-teskilatlarinin-onlayn-merkezi-yaradilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR