Hərbi Gürsüstan və Transqavqaz magistral yolları bağlandı

Hərbi Gürsüstan və Transqavqaz magistral yolları bağlandı
06:49 2 Dekabr 2016
115 Digər
Ölkə mətbuatı
A- A+

Hərbi Gürsüstan və Transqavqaz magistral yollarında nəqliyyat vasitələrinin hərəkəti hava şəraitinin pisləşməsi səbəbindən  dayandırılıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya FHN-nin Şimali Osetiya üzrə Baş İdarəsinin məlumatında bildirilir.

 

Məlumata görə, Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi və hərəkətin təhlükəsizliyinin  təmin edilməsinin mümkünsüz olması səbəbindən, habelə Gürcüstan Sərhəd Polisinin tövsiyələrini nəzərə alaraq,  dekabrın 2-si saat 01.15-dən etibarən yolun Vladiqafqaz – Lars – Rusiya sərhədi hissəsində nəqliyyat vasitələrinin hərəkəti xüsusi göstəriş verilənədək qadağan edilib.     

 

Güclü qar və uçqunların baş vermə təhlükəsi olduğundan Transqavqaz magistral yolunun Buron-Rokski tunelinin şimal girişi hissəsində hər iki istiqamətdə də nəqliyyatın hərəkətinə qadağa qoyulub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261217

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR