Göydən ulduz yağacaq

Göydən ulduz yağacaq
10:12 2 Dekabr 2016
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu ay Şimal yarımkürəsinin gecə səmasını iki meteor yağışı və tam bədirlənmiş Ay işıqlandıracaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, heminid "ulduz yağışı" dekabr ayının 14-dən 17-nə qədər fəal olacaq. Bu zaman "ulduz yağışı"nın sayının daha çox - saatda 120 olacağı gözlənilir. Bu ecazkar səma hadisəsini daha aydın Əkizlər bürcü zonasında müşahidə etmək mümkün olacaq.

Dekabrın 14-nə, həmçinin bu il üçün üçüncü tam bədirlənmiş Ay təsadüf edəcək.

Dekabrın 22-də isə Ursida meteor axını müşahidə oluacaq. Bu zaman saatda 10 "düşən ulduz" gecə səmasını bəzəyəcək. Ulduz yağışı Kiçik Ayı bürcü "fonunda" baş verəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/495019.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR