Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "CaspianAgro 2017" - İstanbulda keçirilən beynəlxalq təsərrüfat texnologiyaları, bağbanlıq və florist Growtech Eurasia sərgisində iştirak edir. "CaspianAgro 2017" stendi qarşıdakı Bakıda keçiriləcək sərgi barədə özündə tam ətraflı məlumatı daşıyır, həmçinin təşkilatçıların və sərgi haqqında maraqlanan şırkətlərin görüş məkanı olacaq. Beynəlxalq profilli sərgilərdə iştirak "CaspianAgro 2017" sərgisinin marketinq promoaksiyasının hissəsidir.
Xatırlatmaq istərdik ki, 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərüffatı "CaspianAgro 2017" sərgisi 25-27 may tarixlərində Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə keçiriləcək.