Asiyada ilin ən yaxşı futbolçusu müəyyənləşib

Asiyada ilin ən yaxşı futbolçusu müəyyənləşib
19:42 2 Dekabr 2016
99 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 dekabr. REPORT.AZ/ Asiyada 2016-cı ilin ən yaxşı futbolçusu müəyyənləşib. 
"Report"un məlumatına görə, bu, Birləşmiş Ərəb Əmirliyinin "Al-Ayna" klubunun futbolçusu Ömər Əbdülrəhmandır.
Onun çıxış etdiyi komanda bu il Asiya Çempionlar Liqasının finalına yüksəlib.
Siyahıda ikinci yeri İraq yığmasının üzvü Əhməd Hammadi tutub. İlk üçlükdə çinli Vu Ley yer alıb.
Qitənin xaricdə oynayan ən yaxşı futbolçusu isə İngiltərə "Lester"ində çıxış edən Sindzi Okadzaki seçilib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/asiyada-ilin-en-yaxsi-futbolcusu-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR