Aktyor ayrıldığı xanımı haqqında: "Heç nəyə baxmayaraq,..."

Aktyor ayrıldığı xanımı haqqında: "Heç nəyə baxmayaraq,..."
21:51 2 Dekabr 2016
100 Şou
Ölkə mətbuatı
A- A+

Aktyor Liv Şrayber 11 il evli olduğu aktrisa Naomi Uottsdan ayrıldıqdan sonra ilk dəfə açıqlama verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Liv heç nəyə baxmayaraq, həmişə Naomi ilə birgə olacağını bildirib:

"İlk öncə biz valideyinik. Ona görə də heç nəyə baxmayaraq, ömrümüzün sonunadək bir yerdə olacağıq. Bu, dəyişməz olaraq qalacaq".

Qeyd edək ki, N.Uotts və L.Şrayber 2005-ci ildən bəri görüşürlər. Bu müddət ərzində onların iki oğlu dünyaya gəlib: 9 yaşlı Aleksandr "Saşa" Pit və 8 yaşlı Semuel "Semmi" Kay.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62327

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR