Şəmkir-Gədəbəy yolunda zəncirvari qəza

Şəmkir-Gədəbəy yolunda zəncirvari qəza
00:58 3 Dekabr 2016
146 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunda qeydə alınıb.

Qarşı-qarşıya hərəkətdə olan “VAZ 2107” və “Ford” markalı avtomobillər toqquşub. Hərəkətdə olan “Mercedes” də qəzaya uğrayan “VAZ”a çırpılıb. Hadisə zamanı avtomobillərdə olan 3 nəfər xəsarət alıb. Onlardan iki nəfərin vəziyyəti ağır, bir nəfərinki isə normal qiymətləndirilir.

Yaralılar Şəmkir və Gəncədə olan xəstəxanalara yerləşdirilib. Qəzaya dumanlı hava şəraiti səbəb olub.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/178327.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR