Azərbaycanda dövriyyədəki nağd pul kütləsi artıb

Azərbaycanda dövriyyədəki nağd pul kütləsi artıb
16:17 3 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin həcmi 2016-cı il noyabrın 1-nə 6 290,9 mln. manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, dövriyyədə olan nağd pul kütləsinin həcmi ardıcıl olaraq iki aylıq azalmadan sonra artım göstərib. Belə ki, sentyabrda azalma 116,3 mln. manat və ya 1,8%, oktyabrda isə 132,1 mln.manat və ya 2,01% olub. 
Oktyabr ayında artım isə əvvəlki ayla müqayisədə 96,9 mln. manat və ya 1,56% təşkil edib. İlin əvvəli ilə müqayisədə nağd pulun həcmi 874,1 mln. manat və ya 16,14%, 2015-ci ilin analoji dövrü ilə müqayisədə isə 296 mln. manat və ya 4,94% artıb.
Qeyd edək ki, dövriyyədə olan nağd pulların Azərbaycanda maksimal həddi 2014-cü ilin iyulunda (11 144,4 mln. manat) olub. Bu ilin noyabrın 1-də açıqlanan göstərici isə tarixi maksimal həddən 4 853,5 mln. manat və ya 43,55% aşağıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-dovriyyedeki-nagd-pul-kutlesi-artib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR