Çobanlar arasında qanlı DAVA

Çobanlar arasında qanlı DAVA
18:32 3 Dekabr 2016
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabulun otlaq ərazisində çoban bıçaqlanıb.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Abşeron və Hacıqabul rayonunun sərhədində qeydə alınıb. Heyvanları otarmaq üçün qışlaq ərazisində müvəqqəti məskunlaşan çobanlar arasında baş verən insident zamanı Heydər adlı Quba sakini Şamaxı rayon sakini, 1969-cu il təvəllüdlü Niftəliyev Ağazər Qurban oğlunu bıçaqlayıb. Qarın nahiyəsindən kəsilmiş-deşilmiş bıçaq yarası alan çoban Şirvan Şəhər Xəstəxanasında cərrahiyə əməliyyatına götürülüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/495485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR